Kremli peçenye

Kremli peçenye

Lazım olan ərzaqlar:
Yağ - 150 qr.
Un - 3,5 stəkan
Qatıq - 3 xörək qaşığı
Qabartma tozu - 50 qr.

Krem üçün:
Süd - 1,5 stəkan
Un - 3 xörək qaşığı
Şəkər tozu - 5 xörək qaşığı
Yumurta sarısı - 1 ədəd
Kivi - 5 ədəd
Vanil

Hazırlanması:
Krem: Süd, un, vanil, şəkər tozu və yumurta sarısını bir qabda qarışdırıb, sobada qatılaşana qədər bişirin. Hazır olandan sonra soyumaq üçün soyuducuya yerləşdirin.
Xəmir: Yağı əridib, soyudun. Una qabartma tozu qatıb, ələyin. Üzərinə qatıq və əridilmiş yağı əlavə edib, yoğurun. Xəmir hazır olduqdan sonra onu 1 saat saxlayın. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldib, əlinizlə yastıladın. Ortasına kremdən bir az qoyub, üzərinə fındıq səpib, bükün və sobada bişirin. Peçenyelər hazır olduqdan sonra kənarını kiçik kəsib, içərisinə uzunsov doğranmış kivi qoyun. Üzərinə qənd kirşanı səpib, süfrəyə verin.

axşam.az

Bu kateqoriya üzrə digər xəbərlər