Şərtlər və qaydalar:

Diqqət! 20.10.2016-cı il tarixdən pomidor.az saytında aylıq abunəlik ləğv edilir, günlük abunəliklə əvəzlənir. Daha əvvəldən aylıq abunəliyə qoşulmuş abonentlərin istifadə müddəti bitənədək əvvəlki şərtlərlə qeydiyyatlı istifadəçi üstünlüklərindən istifadə edə bilərlər. Müddət bitdikdə, günlük abunəliklə əvəzlənəcək.
  • Pomidor.az saytı bütün istifadəçilərə açıqdır. Abunə olmayanlar internet bağlantısına görə tarif planına uyğun olaraq, vəsait ödəyir, məhdudiyyətli səhifələrdən və yükləmələrdən istifadə edə bilmir.
  • Pomidor.az saytının məhdudiyyətli bölmələrindən, yükləmələrindən və limitsiz internetdən istifadə etmək hüququ qeydiyyatdan keçmiş istifadəçilərə məxsusdur.
  • Pomidor.az saytına abunə olmaqla istifadəçi 24 saat ərzində aşağıdakı üstünlükləri əldə edir:
    • Saytdan istifadə zamanı, sayt daxilindəki məzmunlara görə internet traffiki tutulmur;
    • Yükləmələr* əlavə ödənişsiz, məhdudiyyətsiz olur, həmçinin məzmunları yükləyərkən əlavə internet traffik tutulmur;
    • Məhdudiyyətli səhifələrə giriş etmək imkanı əldə edir.
    • * ZengimCell xidməti istisna olunmaqla. ZengimCell ödənişlidir, xidmətin tarifinə uyğun vəsait tutulur.
  • Pomidor.az saytında yalnız Azercell abonentləri qeydiyyatdan keçə, abunə ola bilər.
  • Abunəlik müddəti 1 gün, abunəlik haqqı 0.18 AZN təşkil edir.
  • Abunə müddəti bitdikdə, istifadəçilərin rahatlığını təmin etmək məqsədilə avtomatik uzadılır. Bu barədə SMS-lə abonentə məlumat verilir.
  • Günlük abunəliyin uzadılmasını dayandırmaq üçün STOP sözünü 94218 nömrəsinə göndərmək lazımdır.
  • Azercell abonentləri, operatorun internet xətti ilə sayta daxil olduqda, Ana səhifədən və məhdudiyyətli səhifələrdən və ya “Abunə ol” düyməsinə basmaqla abunə olma istəyini təsdiqləyir.
  • Qeyri-Azercell internet bağlantısı ilə (digər operatorların və ya internet provayderlərin istifadəçiləri) daxil olan abonentlər, qeydiyyat və abunəlik üçün Azercell nömrəsi daxil etməli, daha sonra həmin nömrəyə gələn pin-kodu müvafiq xanaya yazmaqla abunəliyi təsdiqləməlidirlər.
  • Sayta abunə olmuş istifadəçi abunəlik müddətində yenidən abunə olduqda, vəsait tutulmur.
  • Sayta abunə olmuş istifadəçilər “Daxil ol” funksiyasından yararlanmaqla sayta daxil olurlar.

  • Əlavə məlumat və suallar üçün Azercell nömrəsindən 6055 nömrəsi ilə əlaqə saxlanılmalıdır. 6055-ə edilən zənglərin birinci dəqiqəsi ödənişsiz, 2-ci dəqiqədən 2 qəpikdir.