Ərzaqlar:
Toyuq və marinad üçün:
Toyuq filesi – 200 qr.
Tekila (olmaya da bilər) - 20 ml.
Zeytun yağı - 2 x.q.
Soya sousu – 2 x.q.
Ketçup – 1 x.q.
1 ədəd laymın şirəsi
Sarımsaq - 2 diş
Çili bibəri – 1 ədəd
Ananas – 100 qr.
Salat üçün:
Kahı – 3-4 yarpaq
İspanaq – yarım dəstə
Şüyüd – yarım dəstə
Təzə xiyar – 1 ədəd
Avokado – 1 ədəd
Kivi - 1 ədəd
Çerri pomidor – 2 ədəd
Kokos lifləri – dekor üçün
Sous üçün:
Sirkə - 2 x.q.
Yağ – 2. x.q.
Ananas şirəsi – 30 ml.
Təzə zəncəfil – 10 qr.
Fıstıq yağı – 1 x.q.
Reyhan – 1-2 sap
Duz
Hazırlanması:
Marinad hazırlanır: böyük qabda tekila, zeytun yağı, soya sousu, ketçup, laym şirəsi, sarımsaq, əzilmiş çili bibər qarışdırılır. Filelər ora tökülür və qarışdırılır və soyuducuda 1 saat saxlanılır.
Sonra tavada az yağda və ya qrildə qızarana kimi bişirilir. Soyudulub, uzunsov tikələrə doğranılır.
Ananas dilimləri də tavada qızardılır. Böyük salat qabına ispanaq, kahı yarpaqları düzülür, şüyüd, təzə xiyar, qreypfrut iri doğranılıb yığılır, pomidorlar, kivi 2 yerə bölünür.
Sous üçün: sirkə, yağ, ananas suyu, təzə zəncəfil, fıstıq yağı blenderdən keçirilir. Ora narın reyhan və duz qatılıb qarışdırılır. Bu sousdan salatın üzərinə gəzdirilir. (qarışdırmayın). Qızarmış file tikələri də qoyulur. Süfrəyə sous yanında da verilir. Kimin ürəyi istəsə sous əlavə edə bilər. Nuş olsun!
Mənbə: Sufrem.az