Soğan kotleti

Soğan kotleti

Ərzaqlar:
Qırmızı soğan – 5 ədəd
Un – 6 x.q.
Yumurta - 1 ədəd
Paprika – 1 ç.q.
İstiot – 1ç.q.
Zeytun yağı – 30 ml.
Göyərti
Duz

Hazırlanması:
Soğanlar yuyulur, ortadan bölünüb, yarım halqavari nazik doğranılır. Qaba yığılıb, üzərinə duz, istiot, bütün ədviyyatlar qatılıb əllə qarışdırılır və marinadlaşmaq üçün 15 -20 dəqiqəlik kənara qoyulur.  Sonra süzgəcdən suyu süzülür və bura yumurta, un qatılıb, oledi kimi kütlə hazırlanır.
Dağ olunmuş yağa qaşıqla kütlədən qoyulur, forma verilir və iki tərəfli qızardılır. Burda əsas şərt, odun orta olmasıdır. Soğan kotleti qaralmış, qurumuş olmamalıdır. Sanki yağı özünə çəkib bir az bişmiş effekti olmalıdır. Kotletlərin üzərinə göyərti səpə bilərsiz. Soğan kotleti toyuq qızartmasının yanında verilə bilər. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər