Kələm piroqu

Kələm piroqu

Ərzaqlar:

Yumurta – 3 ədəd
Qatıq – 1 st.
Un – ¾ st.
Duz – istiot – zövqə görə
Qabartma tozu – 1 paket
Ağ kələm – 1 kiçik baş
Küncüt – zövqə görə
Şüyüd – 1 dəstə

Hazırlanması:

Kələmi incə-incə doğrayırıq, tavada yarıbişənə kimi pörtlədirik. Üzərinə xırdalanmış şüyüdü, duz-istiotu əlavə edirik, qarışdırıb götürürük.
1 yumurta + un + qatıq + qabartma tozu + bir çimdik duz – qarışdırılır. Xəmirimiz
orta qatılıqda alınmalıdır. Qalan 2 yumurtanı da ayrıca bir qabda çalırsınız.
Piroqu hazırlayacağınız formanın içini yağlayırsınız. Xəmirin tən yarısını ora süzürsüz və üzərinə kələmli içliyi tökürsüz, sonra kənarda çaldığımız 2 yumurtanı əlavə edirsiniz, ən sonda xəmirin digər yarısını da tökürsüz, zövqə görə üstünə küncüt səpə bilərsiniz.
Piroqu əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 20-30 dəqiqə bişirisiniz. Hazır olduğunu diş çöpü ilə təyin edin.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər