Ərzaqlar:
Mal əti – 500 qr.
Yumurta – 4 ədəd
Duzlu xiyar – 5 ədəd
Sarımsaq – 3 diş
Qoz ləpəsi – 1 st.
Mayonez – 200 qr.
Duz – zövqə görə
Hazırlanması:
Mal əti bişənə kimi qaynadılır. Yumurta da bərk bişirilir. Ət uzunsov doğranılır. Sarımsaqlar əzilir, duzlu xiyar və yumurta sürtgəcin iri gözündən keçirilir. Qoz ləpəsini quru tavada bir qədər qovururuq, sonra əzirik. İndi də salatı “yığmağın” vaxtıdır:
Ət + mayonez + xiyar + sarımsaq + mayonez + yumurta + mayonez + qoz (Hər qata duz səpməyi də unutmayın)
Salatı soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Mənbə: Sufrem.az