Ərzaqlar:
Yumurta (ağı) – 10 ədəd
Yumurta sarısı – 2 ədəd
Toyuğun döş əti – 1 ədəd
Kəsmik – 200 qr.
Göyərti – zövqdən asılı olaraq
Kahı yarpaqları
Kefir – ¼ st.
Duz – zövqə görə
Qara toz istiot – zövqə görə
Hazırlanması:
Yumurta ağını sarısı ilə qarışdırırıq. Alınan qarışığı 3 yerə bölərək yapışmayan tavada blinçik kimi bişiririk. Döş ətini qaynadırıq, duz, istiot vururuq. Kub formasında doğrayırıq. Kəsmiyi xırdalanmış göyərtilər və kefirlə yaxşıca qarışdırırıq.
Tortu hazırlayacağımız formanın içinə blinçikin birini qoyuruq, üzərinə kəsmikli qatı, sonra toyuq ətini, daha sonra isə kahı yarpaqlarını səririk. 2-ci qatı da eyni qaydada hazırlayırıq. 3-cü blinçiklə tortu “örtürük”. 2 saat soyuducuda saxladıqdan sonra nuş edə bilərsiniz.
Mənbə: Sufrem.az