Ərzaqlar:
Kartof – 6 ədəd
Sosiska – 4 ədəd
Yumurta – 1ədəd
Un – 4 x.q.
Duz – istiot
Bitki yağı – qızartmaq üçün
Hazırlanması: Kartoflar təmizlənir, yuyulur, duzlu suda bişirilir, püre halına salınır, üzərinə duz, istiot, yumurta, un vurulur və xəmir yoğrulur. Ələ yapışmayan kütlə alınmalıdır.
Sonra ondan qaşıqla götürüb əlimizdə kotlet forması veririk, içini ovub sosiska qoyuruq, üstünü örtürük.
Bitki yağında hər iki üzü qızılı rəng olana kimi qızardırıq.
Mənbə: Sufrem.az