Ərzaqlar:
9% yağlılıqda kəsmik – 300 qr.
Qoz ləpəsi – 50 qr.
Peçenye – 150 qr.
Vanil – bir çimdik
Şəkər tozu – 1 ç.q.
Şokolad, kakao, darçın
Hazırlanması:
Kəsmik çəngəllə yaxşıca əzilir, vanil və 1 çay qaşığı şəkərlə qarışdırılır. Peçenye ovulur, qoz narın edilir, bunlar da kəsmiyə qatılıb, bərabər kütlə alınana kimi qarışdırılır. Alınmış kütlədən uzunsov və ya yumru konfetlər hazırlanır. Şokolad tozu və ya kakao üzərində fırladılır. Boşqaba düzülüb soyuducuda özünü tutması üçün 2 saat saxlanılır.
Mənbə: Sufrem.az