Klab sendviç

Klab sendviç

Ərzaqlar:

Toyuğun döş əti – 300 qr.
Çörək – 6 dilim
Pomidor – 2 ədəd
Mayonez – 100 qr.
Soya sousu – 20 ml.
Sarıkök – 8 qr.
Sarımsaq – 4 diş
İstiot – zövqə görə
Sendviç pendiri – 2-3 ədəd
Kahı – zövqə görə

Hazırlanması:

Çörək dilimlərini üçbucaq formada kəsirik. Ya tost edirik, ya da tavada hər iki üzünü azca qızardırıq.
Toyuğun döş ətlərini qaynadırıq.
Sousu hazırlayırıq: Mayonezin tərkibinə sarımsağı, soya sousunu, sarıkökü, istiotu tökürük və yaxşıca qarışdırırıq. Sousu çörəyə yaxırıq.
Döş ətini xırda-xırda doğrayırıq və sous çəkilmiş çörəyin üzərinə səpirik.

Pendiri sellofandan çıxarıb, iki bərabər hissəyə bölürük (üçbucaq formada). Bir hissəsini döş ətin üzərinə qoyuruq.
Pomidorların qabığını təmizləyirik. Nazik-nazik dairəvi doğrayırıq. Pendirin üzərinə düzürük.
Daha bir dəfə də sous yaxırıq. Kahı yarpağını qoyuruq. Və çörəyin 2-ci dilimini üstünə qoyuruq.
Bu ardıcıllıqla 3 və daha çox qat edə bilərik.
Bu sendviç təkcə evdə deyil, işə-dərsə aparmaq üçün də əla seçimdir. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər