Tart

Tart

Ərzaqlar:
Xəmir üçün
Kərə yağı – 125 qr.
Şəkər tozu – 125 qr.
Süd – 3 x.q.
Yumurta – 1 ədəd
Un – 120 qr.
Yumurta sarısı – 4 ədəd
Un (əlavə) – 40-50 qr.
Duz – bir çimdik
Şəkər kirşanı – 40 qr.
Vanilin – bir paket

Hazırlanması:
Otaq hərarətində yumşalmış kərə yağını əzib 125 qr. şəkər tozu ilə qarışdırırsız.  Sonra mikserlə krem formasını alana kimi çalır, dayanmadan bura 1 yumurta və 3 xörək qaşığı südü qatıb qarışdırmaqda davam edirsiz.  Sonra duz və ələnmiş unu əlavə edib, xəmir yoğurursuz.  Xəmirdən hamar kürə düzəldib, plyonkaya büküb soyuducuda 30 dəqiqə saxlayırsınız.
Ayrıca 4 yumurta sarısına 40 qr. un, vanil və şəkər kirşanı qatıb, yaxşıca qarışdırın.  Yumurta sarısı tam həll olmalıdır.
Soyumuş xəmiri götürüb, formaya uyğun yayıb, üzərinə falqa sərir və üstündən iri lobya və noxudlar səpirik ki, ağırlıq olsun və tartın üzəri qalxmasın.
Piroqu 190 dərəcədə 15 dəqiqə bişirir, sonra üzərindəki noxud və ya lobyanı götürüb, daha 10 dəqiqə, qızılı rəng alana kimi bişiririk.
Sonra piroqu soyumağa qoyuruq. Tam soyuyandan sonra kremimizi yayırıq.  Kremin üzərinə düzmək üçün istənilən meyvəni, giləmeyvəni, məsələn çiyələyi seçə bilərik. Meyvəni iki yerə bölüb, kremin üzərinə düzürük. Tart hazırdır, dadından zövq alın.Tartın üzərinə istədiyiniz növ kremi çəkə bilərsiz.

 

Mənbə: Sufrem.az

 

Bu kateqoriya üzrə digər xəbərlər