Ərzaqlar:
Yumurta – 1 ədəd
İstənilən pendir – 40 qr.
Pomidor (kiçik) – 1 ədəd
Əzilmiş sarımsaq – 1 diş
Quru cəfəri – 0,5 ç.q.
Xardal – 0,5 ç.q.
Xiyar – yarım dənə
Duz - istiot
Hazırlanması:
Yumurtanı sındırıb fincana tökürük, çəngəllə çalırıq. Üzərinə kub formasında olan pendirləri və pomidorları tökürük. Ədviyyat qarışığını da fincana əlavə edirik. Zövqə görə duz – istiot vururuq, qarışdırırıq. Əvvəlcədən isidilmiş sobaya qoyuruq, 120 dərəcədə 20-30 dəqiqə bişiririk. Süfrəyə verən zaman üzərini xardalla, xiyar dilimləri ilə bəzəyə bilərsiniz. Nuş olsun!
Mənbə: Sufrem.az