Ərzaqlar:
Kərə yağı (otaq temperaturunda) – 250 qr.
Şəkər kirşanı – 1 st.
Un – 3 st.
Qabartma tozu – 1 paket
Vanilin – 1 paket
Hazırlanması:
Bütün ərzaqları bir qaba tökürük, xəmir yoğururuq. Xəmiri kolbasa formasına salırıq. Üzərinə çəngəllə şəkil veririk. Bıçaqla dilimləyib və listə düzürük. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə 15 dəqiqə bişiririk. Nuş olsun!
Mənbə: Sufrem.az