Ərzaqlar:
Un – 100 qr.
Şəkər tozu – 100 qr.
Kokos qırıntıları – 200 qr.
Yumurta – 2 ədəd
Qabartma tozu – 1 ç.q.
Hazırlanması:
Yumurta şəkər tozu ilə çalınır.
Kokos qırıntıları da əlavə edilir, qarışdırılır.
Ayrıca bir qabda unla qabartma tozu qarışdırılır və yumurtalı qarışığa əlavə edilir, yenidən qarışdırılır.
Xəmir 40 dəqiqə soyuducuda saxlanılır.
Sonra xəmirə əlimizlə peçenye forması veririk, yağlanmış listə düzürük. 180 dərəcədə 20 dəqiqə bişiririk.
Mənbə: Sufrem.az