Unsuz, yağsız və şəkərsiz kesklər.

Unsuz, yağsız və şəkərsiz kesklər.

Ərzaqlar:

Yumurta – 2 ədəd
Badam – 1 st.
Fındıq – 1 st.
Süd – 1 st.
Qaysı qurusu – 10 ədəd
Əncir qurusu – 10 ədəd
Qabartma tozu – 1 paket
Sürtgəcdən keçirilmiş 1 ədəd limon qabığı
Darçın – 1 ç.q.
Kakao – 1 x.q.

Hazırlanması:

Badam və fındıq blenderdə həll edilərək, toz halına salınır. Quru meyvələr yağ tərkibli olduğu üçün hazırlanmasında əlavə yağa ehtiyac yoxdur.
Qaysı quruları və əncir bir qaba yığılır, üzərinə ilıq su alınır və bir kənarda saxlanılır. Yumurtaları süd və sürtgəcdən keçirilmiş limon qabıqları ilə birgə mikserdə çalın.
Quru meyvələrin suyunu süzürsüz və qurudursunuz. Onları xırda-xırda doğrayırsınız. Toz halına salınmış badam və fındığı, meyvə qurularını, darçın, kakao, qabartma tozunu yumurtalı qarışığa əlavə edirsiniz və mikserin zəif gözündə azca çalırsınız. Alınmış xəmiri maffin üçün nəzərdə tutulmuş formaya – içinə kağızlar salıb, ora əlavə edirsiniz. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirisiniz.

Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər