Ərzaqlar:
Can əti – 3 kq.
Baş soğan – 1kq.
Kola – 700 ml.
Şüyüd, keşniş – 200 qr.
Dəfnə yarpağı – 4-5 ədəd
Duz, istiot
Hazırlanması:
Can əti iri tikələrə bölünür. Ətə duz, istiot, dəfnə yarpağı, doğranmış göyərtilər qatılıb qarışdırılır. Üzərinə kola tökülür. Qapağı bağlanılıb, sərin yerdə 4 -5 saat saxlanılır.
Sonra bu əti ya şişə çəkib kabab kimi bişirin. Ya da bir az döyəcləyib, yastıladıb, qrildə bişirin. Süfrəyə bişmiş tərəvəzlərlə verilir. Nuş olsun!
Mənbə: Sufrem.az