Toyuq kolbasası

Toyuq kolbasası

Ərzaqlar:

Toyuq əti – bud hissədən – 500 qr.
Jelatin  toz halda – 20 qr.
Sarımsaq – 2 diş
Duz, istiot – zövqə görə
Paprika - şirin bibər tozu – yarım ç.q.

Hazırlanması:

Toyuq əti orta ölçüdə, yastı dairəvi doğranılır. Bura duz, jelatin, ədviyyatlar, əzilmiş sarımsaq qatılıb, yaxşıca qarışdırılır. Kütlə qida plyonkasına qoyulub, çox bərk, bir neçə qat sarımaqla rulet kimi bükülür. Uc hissəsi iplə bağlanılır. Qaynar suya salınıb, 1 saat bişirilir. Otaq havasında soyudulub, sonra 8 saat soyuducuda saxlanılır. Tam özünü tutduqdan sonra plyonka çıxarılır. Rulet formasında doğranılır. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər