Tərkibi: 50 ml. kefir, 150 qr un, 2 yumurta, 200 qr pendir, 200 qr sosiska və ya kolbasa, 1 ç/q qabartma tozu, duz. Hazırlanması: Pendiri sürtgəcdən keçirin. Sosiskanı həlqə formasında doğrayın. Yumurtanı, kefiri, 1,3 ç/q duzu ilə qarışdırın. Unu və qabartma tozunu əlavə edib, qarışdırın. Pendiri, sosiskanı əlavə edib, qarışdırın. Xəmiri yağlanmış tavaya tökün (xəmirin ölçüsünə uyğun olan). Sobanı 180 dərəcəyədək qızdırın. Təxminən 35-40 dəq bişirin.