Tərkibi:
115 gr kərə yağ (otaq temperaturunda yumşalmış)
150 gr şəkər tozu
1 yumurta və 1 yumurta sarısı
2 yemək qaşığı vanil
190 gr un
1/2 çay qaşığı duz
1 yemək qaşığı qabartma tozu
1 + 1/2 yemək qaşığı qarğıdalı nişastası
120 gr ağ şokolad (kiçik parçalanmış)
80 gr rəngli tort bəzəkləri
kremi üçün:
115 gr kərəyağı (otaq temperaturunda yumşalmış)
150 gr pudra şəkəri
30 ml krem
1 yemək qaşığı vanil
1 çimdik duz
Hazırlanması:
sobanı 170 dərəcədə isidin.
Qabı duru yağ ilə yağlayın.
Kərəyağını mikser qabında 1 dəqiqə qarışdırın.
Şəkəri əlavə edərək rəngi açılıb qabarına qədər qarışdırmağa davam edin.
Yumurtalar və vanili bir yandan qarışdıraraq əlavə edin.
Ayrı bir qabda un, qabartma tozu və nişastanı tökün və qarışıma yavaşca əlavə edərək qarıştırın.
ən son şokolad və tort bəzəklərini də əlavə edərək qarışdırın və qaba töküb sobaya qoyun.
20 dəqiqə bişirin. Kənarları biraz qızaran kimi çıxarın.
Kremi üçün bir mikser qabında kərəyağını 2 dəqiqə qarışdırın.
Digər ərzaqları da əlavə edərək 3 dəqiqə qarışdırın.
Soyuyan keksimizin üzərini kremlə istədiyiniz kimi bəzəyə bilərsiniz.
Mənbə: Dadlı.az