Tavada peçenye

Tavada peçenye

Bu resept heç boş vaxtı olmayan işgüzarlar, bir qədər də tənbəllər üçündür! Mikser, soba bulaşdırmadan bircə tavada hazırlaya biləcəyiniz peçenyelər bütün ailə üzvlərininizin sevincinə səbəb olacaq!

Ərzaqlar:
Un – 250 qr.
Qabartma tozu – 1 ç.q.
Kərə yağı – 120 qr.
Şəkər tozu – 100 qr.
Yumurta – 1 ədəd
Süd – 1 x.q.
Darçın – ¼ ç.q.
Zeytun yağı – qızartmaq üçün
Kişmiş – bir ovuc
Duz – bir çimdik

 

Hazırlanması:
Dərin bir qaba un, qabartma tozu, duz, darçın, şəkər tozu, ev temperaturunda olan kərə yağını tökürük və əlimizlə ovuruq, ovuntu əmələ gələcək. Sonra bura südü, yumurtanı tökürük və xəmir yoğururuq. Sonra kişmişi də tökürük, əlimizlə xəmirə qarışdırırıq. Xəmiri kolbasa formasına salıb, qida pərdəsinə bükürük və 30 dəqiqəlik soyuducuya qoyuruq.
Sonra xəmir kolbasadan hardasa qalınlığı 1,5 sm olmaqla dilimlər kəsirik. Tavada isidilmiş yağda hər iki üzü qızılı rəng olana kimi qızardırıq. Orta odda qızatmaq lazımdır. Üzərinə şəkər tozu səpib süfrəyə verə bilərsiniz!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər