Bananlı çörək

Bananlı çörək

Ərzaqlar:
Banan – 2-3 ədəd
Yumurta – 2 ədəd
Kərə yağı – 120 qr.
Şəkər tozu – 120 qr.
Un – 230 qr.
Duz – bir çimdik
Qabartma tozu – 1 ç.q.

Hazırlanması:

Bananlar yumşaq – daha çox dəymiş olsa, yaxşıdır. Onların qabığını soyuruq, bir qabda əzərək püre halına salırıq. Kərə yağını əridirik. Bananın üzərinə tökürük və bircins olana kimi qarışdırırıq. Sonra bananın üzərinə içinə duz, qabartma tozu səpilmiş un, yumurta, şəkər tozu əlavə edilir və yaxşıca qarışdırılır. Mikser lazım deyil, çünki köpüklər yaradacaq. Sadə qaşıqla qarışdırmaq kifayətdir. Keks xəmirindən fərqli olaraq, burada qatı xəmir alınacaq.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər