Zərif file

Zərif file

Ərzaqlar:
Toyuq filesi – 2 ədəd
İsti su – 6 st.
Duz – 4 x.q.
Ərinmiş kərə yağı – 2 x.q.
Əzilmiş sarımsaq – 0,5 ç.q.
Üyüdülmüş qara istiot – 0,5 ç.q.
Paprika – ¼ ç.q.

 

Hazırlanması:
Duzu 6 st. isti suda həll edirsiniz və toyuq filelərini həmin suda, soyuducuda 4-8 saat saxlayırsınız. Sobanı 220-230 dərəcədə isidirsiniz. Fileləri sudan çıxarıb, salfetlə qurulayırsınız. Hər iki üzünü yağlayırsınız, ədviyyatları vurursunuz. 15-20 dəqiqə bişirirsiniz.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər