5 dəqiqəyə hazır olan ət yeməyi

5 dəqiqəyə hazır olan ət yeməyi

Ərzaqlar:
Ət (istənilən) – 500 qr.
Yumurta – 2 ədəd
Xardal – 1 x.q.
Kartof nişastası – 0,5 x.q.
Bitki yağı – 1 x.q.
Duz – 1 ç.q.
İstiot – 0,5 ç.q.
Küncüt – 2 x.q.

Hazırlanması:
Bir dərin qabda yumurta, xardal, nişasta, küncüt, duz, istiot qatılır. İstədiyiniz ədviyyatı da əlavə edə bilərsiniz, məsələn, kəklikotu. Əti incə tikələrə bölürsünüz. Və bu qarışığın içinə tökürsünüz, yaxşıca qarışdırırsınız. Gecədən səhərə kimi soyuducuda ağzı bağlı halda saxlayırsınız. Bu cür əti hətta 2-3 gün də soyuducuda saxlamaq olar. O, nəinki xarab olur, hətta bişirəndə daha dadlı olur. İstədiyiniz vaxt çıxarın və qızardın. Ət tikələrini isidilmiş yağda çox tez zamanda qızardırsınız. Toyuq filesidirsə, bu daha tez olur, cəmi 5 dəqiqəyə! Sınamağa dəyər. Dadı və ətri də çox möhtəşəm olacaq, çox şirəli və ləzzətli... Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər