Ərzaqlar:
Lavaş – 3-5 ədəd
Yumru düyü – 100 qr.
Bulyon – 100 ml.
Çedder pendiri – 70 qr.
Yaşıl soğan – 4 sap
Sarımsaq – 2 diş
Toyuq filesi – 1 ədəd
Kərə yağı – 1 x.q.
Yomat pastası – 3 x.q.
Paprika – 1 ç.q.
Hazırlanması:
Yaşıl soğanı, sarımsağı xırdalayıb, kərə yağında 1 dəqiqə güclü odda qızardırsınız. Sonra bura didilmiş toyuq filesini, tomat pastası və paprikanı tökürsüz, qarışdırırsınız. Odu çox yox, bir qədər azaldırsınız. Toyuq qızarana yaxın üzərinə 100 qr. bişmiş yumru düyünü və bulyonu tökürsünüz. Düyü də digər ərzaqlara qarışıb, bir az da burada bişəndən sonra tavaya sürtgəcdən keçirilmiş çedderi tökür, qarışdırırsınız. Oddan götürürsüz.
Lavaşı açırıq, bir tərəfinə 3 x.q. içlikdən qoyuruq və bükürük. Burritomuz daha da dadlı olsun deyə, tavada hər iki tərəfini azca qızardırıq. Nuş olsun!
Mənbə: Sufrem.az