Şokoladlı muss

Şokoladlı muss

Ərzaqlar:
Kəsmik – 300 qr.
Yoqurt – 100 ml.
Kakao tozu – 1,5 x.q.
Şəkər tozu – 3 x.q.
Jelatin – 10 qr.
Su – ¼ st.

Hazırlanması:
Kəsmik, yorurt, şəkər və kakao tozu qarışdırılır, blenderdə həll edilir. Jelatini isti suya buraxırsınız, 25 dəqiqə bir kənarda saxlayırsınız. Sonra jelatin olan qabı su tökülmüş qazançaya, qazançanı da odun üzərinə qoyursunuz. Qaynar olmalıdır, amma qaynamasın. Jelatin əriyənə kimi qarışdırmağa davam edin. Sonra oddan götürürsünüz. Onu da blenderdəki kütlənin içinə əlavə edirsiniz və qarışdırırsınız. İstədiyiniz formalara tökürsünüz və soyuducuda 2-3 saat saxlayırsınız. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər