Mikrodalğalı sobada bişən FİNCAN BULKASI

Mikrodalğalı sobada bişən FİNCAN BULKASI

Ərzaqlar: (1 fincanlıq)
Xəmir üçün:
Alma püresi – 2 x.q.
Bitki yağı – 1 x.q.
Yağlı qaymaq – 1 x.q.
Qəhvəyi şəkər – 3 x.q.
Vanilin – 10 qr.
Un – ¼ st.
Darçın tozu – ¼ ç.q.
Çörək tozu – ¼ ç.q.
Duz – bir çimdik
Krem üçün:
Qaymaq pendir – 1 x.q.
Şəkər kirşanı – 2 x.q.
Süd – 1 ç.q.

Hazırlanması:
Bütün ərzaqları bir qabda həcmli olana kimi mikserdə çalırıq. Fincana tökürük və onu 1 dəqiqəlik mikrodalğalı sobanın ən yüksək dərəcəsində bişiririk.
Krem üçün olan ərzaqları da qatıb, onu hazır edirik və fincan bulkamızın üzərinə gəzdiririk. Nuş olsun!

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər