Bu içkini 5 gün ərzində içməklə 2,5 kq arıqlayacaqsınız

Bu içkini 5 gün ərzində içməklə 2,5 kq arıqlayacaqsınız

İnkişaf etmiş ölkələrdə əksər insanlar artıq çəki problemləri ilə üzləşirlər. Çünki insanlar sərf edə biləcəklərindən daha çox enerji alırlar. Bundan ən yaxşı çıxış yolu – az yemək və çox hərəkət etməkdir. Amma işdən və yaxud digər vacib həyati məsələlərdən dolayı biz bu problemin öhdəsindən gələ bilmirik.

Amma metobilizmi sürətləndirən və tədricən çəki itirilməsinə səbəb olan vasitələr də var.

Təqdim edəcəyimiz içkini hazırlamaq çox asandır. Bundan əlavə, onun dadı da qeyri-adidir.

Tərkibi:

• Təxminən 1,5 l su

• 1 x.q xırdalanmış zəncəfil

• Dilimlərə bölünmüş 1 orta ölçülü xiyar,

• Dilimlərə bölünmüş 1 limon

• 12 nanə yarpağı

Hazırlanması:

Bütün məmulatları bir qaba yığıb üzərinə suyu tökün. Axşam sərin yerdə saxlayın. Növbəti gün siz bu içkidən ləzzətlə içə bilərsiniz.

İlk nəticəni görmək üçün 1,5 l içkini 5 gün ərzində ardıcıl içmək lazımdır.

Əlbəttə ki, tək bir içki ilə kifayət qədər arıqlamaq mümkün deyil. Bir az idman, düzgün qidalanma, bir qədər zəhmət – və sizin bədəniniz arzu etdiyiniz formanı əldə edəcək.

Əgər ciddi şəkildə arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, onda bu içki həmişə əlinizin altında olmalıdır. Onun tərkibindəkilər metobolizmi çox sürətləndirir.

Bu kateqoriya üzrə digər xəbərlər