Tərkibi:
500 q toyuq əti
1 banka qarğıdalı konservi
1 banka ananas
100 q mayonez
1 q duz
1 q qara istiot
100 q bərk pendir
10 q pomidor
10 q yerkökü
5 budaq şüyüd
1 ədəd qara istiot dənəsi
1 reyhan budağı
Hazırlanması:
Ananasın və qarğıdalının ayrılıqda suyunu süzün (təxminən 20 dəqiqə ələkdə qalsın).
Bəzək üçün olan ərzağı yaxşıca yuyun. Kağız salfetin üzərinə düzün.
Toyuq ətini duzlu suda bişirin.
Toyuq əti və ananası kubik doğrayın.
Dərin qabda toyuq əti, qarğıdalı, ananas, mayonezi qarışdırın. Duz-istiot vurun.
Salat qabına quzu formasında döşəyin - iki oval: biri balaca ("baş"), digəri böyük ("bədən").
Pendiri sürtgəcin xırda gözündən keçirin. Bu, quzunun "yun"u olacaq. Pendirdən "ayaq" və "quyruq" da kəsin.
Yerkökü və pomidorun bərk hissəsindən çiçəklər kəsin. Reyhan budaqları da çiçəklərin saplağı olsun. Şüyüd - quzu üçün ot olsun. İstiot dənəsi də quzunun gözü. Vəssalam. Quzu hazırdır.
Mənbə: Dadlı.az