Qozlu küftə

Qozlu küftə

Tərkibi:
- 3 stəkan əzilmiş qoz
- 2 stəkan bulqur
- 2 ədəd quru soğan
- 3 diş sarımsaq
- 1 dəstə cəfəri
- 1 xörək qaşığı pul bibər
- İstiot
- Duz
- Cirə
- Nanə
- Kahı
- 1 qaşıq tamat
- Yağsız qiymə (ət maşınından iki dəfə keçirilməlidir)

Hazırlanması:
- Bulqurları 2 stəkan isti suda isladın.
- Əzdiyiniz qozları bulğura qatıb soğanları nazik doğrayın.
- Tamat, ədviyyatları, sarımsağı əzib əlavə edin.
- 1 çay qaşığı duz əlavə edin.
- Bulğur yumşalana kimi bu qarışımı yoğurun.
- Yoğurarkən yanınızda 1 kasa ilıq su qoyun ki, arada əlinizi isladasınız.
- Sonuncu dəfə yoğurma zamanı nanə və cəfərini doğrayın.
- Ovuc içi böyüklüyündə balaca kiftələr hazlrlayaraq boşqablara düzdüyünüz kahıların üzərinə qoyun. Yanında ayranla süfrəyə verə bilərsiz.

Nuş olsun!

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər