Tərkibi:
4 yumurta
1,25 su stəkanı duru yağ
2 su stəkanı şəkər
2 su stəkanı un
2 çay q. qabartma tozu
2 çay q. çay sodası
1 çimdik duz
2 çay q. üyüdülmüş darçın
4 kök
1 su stəkanı qoz
100 qram kərə yağı
230 qram kəsmikli pendir
1 paket vanil
4 su stəkanı şəkər tozu
Hazırlanması:
Sobanı 170 dərəcə qızdırın.
Soba qabına yağlı kağız qoyun.
Kökü sürtgəcdən keçirin, 3 stəkan alınmalıdır.
Yumurtanı, duru yağı şəkər və vanili qarışdırın.
Sonra unu, qabartmanı, darçını əlavə edin.
Sonda doğranmış qoz və kökü əlavə edin.
Sobada 40-50 dəqiqə bişirin.
Soyuduqdan sonra qabdan çıxardın.
Kremi hazırlamaq üçün kərə yağı, kəsmikli pendir şəkər tozu və vanili qarışdırın.
Bişmiş köklü xəmiri kremləyin və üzərinə bəzək üçün qoz səpin.
Mənbə: Dadlı.az