Manqalda ricottalı və ballı gavalı

Manqalda ricottalı və ballı gavalı

Ərzaqlar: 1 yemək qaşığı toz şəkər 6 ədəd gavalı 1 fincan ricotta (italyan pendiri) 1 çay qaşığı rəndələnmiş portağal qabığı 2 yemək qaşığı bal ¼ fincan qabıqlı püstə

 

Hazırlanması: 

Manqalı orta səviyyədə qızdırın. Gavalıları ortadan bölün. Manqalın dəmirinin üzərinə və gavalının kəsik hissəsinə şəkər tozu səpib qizarmağa qoyun və 1-2 dəqiqə şirələnənədək çevirərək bişirin.Eyni vaxtda orta ölçülü bir qaba ricotta və portağal qabığını əlavə edərək qarışdırın.Gavalıları boşqaba düzün,üzərinə ricotta qarışımını qaşıqla yayın və 1-2 damcı bal töküb üstündən püstələri səpin.

 

 

Mənbə: Metbexdenxeberler.com

Bu kateqoriya üzrə digər xəbərlər