Kəsmikli pomidor dolması

Kəsmikli pomidor dolması

Ərzaqlar:

Pomidor (bərk) – 12 ədəd
Kəsmik – 250 qr.
Soyulmuş konserv pomidor – 100 qr.
Kaperslər (hazır satılır) – 2 x.q.
Sarımsaq – 2 ədəd
Reyhan
Duz, istiot

Hazırlanması: Pomidorlar qapaq kimi kəsilir, iti əşya ilə içi lətli hissəsi oyulub çıxarılır. Onlardan sous hazırlaya bilərsiz. Qabda kəsmik, əzilmiş sarımsaq, kaperslər, doğranmış soyulmuş pomidor, xırdalanmış reyhan yarpaqları qarışdırılır, bura bir qaşıq pomidorun suyundan əlavə olunur, duz, istiot vurulub qarışdırılır. Pomidorlara bu içliklər doldurulur, qapağı bağlanılır, soyuducuda 1 saat saxlanılır. Ondan sonra hazırdır, yeyə bilərsiz. Nuş olsun!

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər