Tavada bişən pizza

Tavada bişən pizza

Ərzaqlar:

Xəmir üçün:
Xama – 4 x.q.
Yumurta – 2 ədəd
Un – 9 x.q.
Duz – bir çimdik

Üstü üçün:
İstənilən ərzaq
Pendir – istənilən növ 

Hazırlanması:

Ərzaqları qatıb, adi qaydada xəmir yoğurursunuz. Xəmir bir az duru alınacaq. Onu yağlanmış teflon tavaya tökürsüz, üzərini istədiyiniz ərzaqlarla doldura bilərsiniz (vetçina, kolbasa, pomidor, duzlu xiyar, zeytun, baş soğan və s.). Ən sonda pizzanın üzərini pendir dilimləri ilə örtürsünüz.
Tavanı orta odun üzərinə qoyursunuz. Dərhal qapağını bağlayırsınız. Pendir əridisə, pizza hazırdır, dadına baxa bilərsiniz.

Mənbə: Sufrem az.

Bu kateqoriya üzrə digər xəbərlər