Ərzaqlar:
Toyuq hissələri – 1 kq.
Xama – 400 qr.
Su – 500 ml.
Un – 2 x.q.
Soğan – 1 baş
Kərə yağı – 30 qr.
Sarımsaq – 4 diş
Duz, istiot
Şüyüd – bəzək üçün
Hazırlanması:
Dərin çuqun tavaya toyuq tikələri qoyulur, xama su ilə qarışdırılıb, toyuğun üzərinə tökülür və odun üzərində bişirilir. Elə ki, qabdakı maye qaynamağa başladı, ondan yarım stəkan ayırıb, soyumağa qoyun. Soyuduqdan sonra ona un qatıb yaxşıca həll edin. Tavadakı toyuq isə 40 dəqiqə vam odda bişirilməkdə davam edir. Soğan çox xırda doğranılır, ayrı tavada kərə yağında yumşalana kimi pörtlədilir. (qızardılmır!). Sarımsaq əzilir. Şüyüd narın doğranılır. Toyuğun oddan götürülməsinə 6-7 dəqiqə qalmış soğan əlavə olunur və stəkandakı unlu bulyon tədricən qazana tökülür və yemək intensiv qarışdırılır. Yenidən qapağı örtüb 5 dəqiqə bişirilir. Ən sonda sarımsaq və göyərti də qatılıb, oddan götürülür.
Mənbə: Sufrem.az