Ərzaqlar:
Naxçıvan lavaşı – 3-4 ədəd
Bərk pendir – 200 qr.
Şüyüd və ya cəfəri – 1 dəstə
Yumurta – 2 ədəd
Un – 1 ç.q.
Duz – istiot
Bitki yağı
Hazırlanması: Göyərti xırdalanır, pendir sürtgəcdən keçirilir. Birlikdə qarışdırılır. Lavaşın biri qoyulur, üzərinə bu içlik tökülür, sonra 2-ci lavaş qoyulur, yenə içlik... 4 lavaş bitənə kimi bunu təkrar edirik. Sonra lavaş qatlarını dördbucaqlı formada kəsirik.
Bir kənarda unla yumurtanı qarışdırırıq, duz-istiot vururuq. Dördbucaq lavaşları yumurtada fırladırsınız və isidilmiş yağda hər iki üzünü qızardırsınız. Belə, şərq qrenkilərimiz hazırdır!
Mənbə: Sufrem.az