Yunansayağı MUSAKA
Ərzaqlar:
Ət farşı – 500 qr.
Badımcan – 2ədəd
Kartof – 4 ədəd
Pomidor -3 ədəd
Baş soğan -1 ədəd
Sarımsaq – 2 ədəd
Duz, istiot
Zövqə görə ədviyyat
Bitki yağı – 4 x.q.
Sous üçün:
Süd – 250 ml.
Kərə yağı -2 x.q.
Un – 1 x.q
Xama – 200 qr.
Yumurtanın sarısı– 1 ədəd
Duz, istiot
Sürgəcdən keçirilmiş holland pendiri – 30 qr
Hazırlanması:
Kartoflar suda qabıqlı bişirilir. Soyudulur, soyulur. Pomidor və bişmiş kartof halqavarı dilimlərə doğranılır. Badımcanlar yuyulur, nazik halqavari doğranılır. Bitki yağından qızardılır.
Ayrıca xırdalanmış soğan və sarımsaq da qızardılır. Bura ət farşı və ədviyyatlar əlavə olunur, taxta qaşıqla əti əzib, qarışdırıb, bişirirsiz.
Soba üçün formaya yağ çəkilir, əvvəlcə kartof, sonra ət, sonra badımcan, sonra pomidor, beləcə növbələnib, yığılır. Hər layın arasına duz, istiot səpilir.
Sous hazırlanır: tavada kərə yağı isidilir, un qatılıb qızılı rəng alana kimi qovrulur. Süd qaynadılır və mütəmadi qarışdıra-qarışdıra tavadakı qovrulmuş unun üzərinə aramla əlavə olunur. Tavanı odun üzərindən götürüb, bura xama və yumurta əlavə olunur. Duz, istiot, bir az ədviyyat qatıb qarışdırırsınız.
Formadakı Musakanın üzərinə bu sous gəzdirilir, sürtgəcdən keçirilmiş pendir səpilir və 200 dərəcəlik sobada 35 dəqiqə bişirilir. Süfrəyə verəndə üzəri göyərti ilə dekor oluna bilər.
Mənbə: Sufrem.az