Ərzaqlar:
Yulaf yarması 450 qram
Kərə yağı 250 qram
Qəhvəyi şəkər tozu 100 qram
Bal 80 qram
Quru meyvələr 300 qram
Badam 80 qram
Qoz 80 qram
Hazırlanması:
Əvvəlcə quru meyvələri xırda doğrayıb, sonra qoz və badamı blenderlə xırdalamaq lazımdır. Tavaya doğranılmış quru meyvələri, qoz və yulaf yarmasını əlavə edib, yaxşıca qarışdırın. Demək olar ki, hazırdır! Bu ləziz qarışığı elə yerləşdirin ki, nazikliyi 2 santimetrdən artıq olmasın. Əks halda hazır kozinakilər yayıla bilər. Sobanı 170 dərəcədə qızdırıb, kozinakiləri bişirin. Yapışmaması üçün bişirmə kağızından istifadə etməyi unutmayın! 30 - 45 dəqiqə bişirdikdən sonra sobadan çıxarıb 10 dəqiqə soyumasını gözləyin. Yeri gəlmişkən, kozinakini istədiyiniz formada kəsə bilərsiniz!
Mənbə: Syfrem.az