İçliyi duzlu xiyardan olan perojki

İçliyi duzlu xiyardan olan perojki

Ərzaqlar:

Xəmir üçün:
Un – 500 qr.
Süd – 200 ml.
Yumurta – 1 ədəd
Maya – 40 qr.
Bitki yağı – 3 x.q.
Kərə yağı – 150 qr.

İçlik üçün:
Duzlu xiyar – 5 ədəd
Soğan – 3 ədəd
Bitki yağı – 30 ml.
Şəkər tozu – 1 x.q.
İstiot – zövqə görə

Hazırlanması: İsti süddə maya həll olunur. Ələnmiş un bura əlavə olunub əllə qarışdırılır və xəmirə gedəcək digər ərzaqlar qatılıb xəmir yoğrulur.
Soğan xırdalanıb yağda azca qovrulur. Duzlu xiyar iri sürtgəcdən keçirilir, tavadakı soğançaya qatıb, 10 dəqiqə bişirirsiz. Sonra şəkər tozu və istiot qatılıb qarışdırılır. Xəmiri yayıb içlikləri qoyub, pirojkilər hazırlanır. İstəsəniz tavada yağda qızardın, istəsəniz, sobada bişirin. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər