Badımcan qayıqları

Badımcan qayıqları

Ərzaqlar:

Badımcan – 3 ədəd
Pomidor – 3 ədəd
Sarımsaq – 2-3 diş
Göyərti, duz, istiot – zövqə görə
Yarıyumşaq pendir – 50 qr.
Suxarı – 6 x.q.

Hazırlanması: Badımcanları uzununa 2 bərabər hissəyə bölürsüz, duzlayıb bir neçə dəqiqə saxlayırsız. Sonra duzları təmizləyirsiz və badımcanı sobada 180 dərəcədə 20 dəqiqə bişirirsiz. Pomidorları qaynar suya salıb çıxarırsız, qabığını soyursuz. Xırda kub formasında doğrayırsız, tavada bir neçə dəqiqəlik pörtlədirsiz.
Qaşıqla badımcanların içini çıxarırsız, çalışın ki, qabığı zədələnməsin. Badımcanın içindən çıxardığınızı xırdalayıb pomidora qatırsız, duz, istiot, xırdalanmış göyərti, əzilmiş sarımsaq vurub, qarışdırırsız, içlik hazır.
Pendiri sürtgəcdən keçirib suxarı ilə qarışdırın. Badımcanların içini həmin içliklə doldurub, üzərinə suxarı ilə pendir qarışığını səpirsiz. Pendir əriyənə kimi 2-3 dəqiqəlik sobada və ya mikrodalğalı sobada bişirir, göyərti ilə bəzəyib süfrəyə verirsiz.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər