Ərzaqlar:
Toyuq – 1 ədəd
Baş soğan – 4 ədəd
Pomidor – 6 ədəd
Keşniş, cəfəri – yarım dəstə
Çili bibəri – 1 ədəd
Sarımsaq – 4 diş
Tomat pastası – 1,5 x.q.
Bitki yağı – 2 x.q.
Duz – istiot
Su – 250 ml.
Hazırlanması:
Toyuq kiçik tikələrə doğranılır, yuyulur. Dibi qalın tavanın içinə düzülür. Çili bibəri, pomidorlar, baş soğan xırdalanır, göyərtilər xırda-xırda doğranılır, sarımsaqlar əzilir. Bu ərzaqlar bir qabda tomat pastası ilə yaxşıca qarışdırılır. Üzərinə azca bitki yağı da süzülür, qarışdırılır. Kütlə toyuqların üzərinə tökülür. Tavaya 1 st. ilıq su alınır, zövqə görə duz-istiot da səpilir və tava orta odun üzərinə qoyulur. Toyuq əti bişənə kimi hazırlanır. Arada qarışdırılır. Nuş olsun!
Mənbə: Sufrem.az