Şubanın altında toyuq filesi.

Şubanın altında toyuq filesi.

Ərzaqlar:

Toyuq filesi – 2 ədəd
Kartof – 3 ədəd
Baş soğan – 1 ədəd
Pomidor – 2 ədəd
Təzə göbələk – 2 ədəd
Xama 25-li – 150 qr.
Yaşıl soğan – ¼ dəstə
Duz – istiot

Hazırlanması:

Baş soğan və göbələk xırda-xırda doğranılır və bitki yağında qızardılır. Filelər yaxşıca “döyülür”, üzərinə duz-istiot səpilir.
Kartofların qabığı soyulur, yuyulur, sürtgəcdən keçirilir.
Döyülmüş döş ətləri soba listinə qoyulur. Üzərinə qızarmış göbələk və soğanlar tökülür, sonra halqavari doğranmış pomidorlar, xırdalanmış yaşıl soğan düzülür, duz vurulur. Sonra üstünə kartofu səpirik, duz vururuq. Üzərini xama ilə tam örtürük və əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30 dəqiqə bişirik.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər