Ratatouille resepti

Ratatouille resepti

Tərkibi:
2 şorba qaşığı zeytunyağı
2 diş sarımsaq
1 ədəd soğan
1 ədəd badımcan
2 ədəd dolmalıq bibər
3-4 dənə kiçik qabaq
4 ədəd pomidor,
1 şirin çay qaşığı quru reyhan
1 çay qaşığı quru kəklikotu
1 ədəd dəfnə yarpağı
2 şirin çay qaşığı təzə cəfəri

Hazırlanması:
Böyük bir qazanda orta alovda zeytun yağını qızdırın. Döyülmüş sarımsaq və incə-incə doğranmış soğanı əlavə edib yumşalana qədər təqribi 6-7 dəqiqə qovurun. Badımcanları kub şəklində doğrayıb əlavə edin və hər tərəflərinə zeytun yağı dəyəcək şəkildə qarışdıraraq bir az qovurun. İri doğranmış bibərləri də əlavə edib qarışdırın. Bir dəfnə yarpağı qoyub qapağı bağlı olaraq batıq atəşdə 10 dəqiqə bişirin. Pomidor, balqabaq, kəklikotu və reyhanı da əlavə edin, yaxşıca qarışdırın və zəif alovda badımcanlar bişənə qədər (təxminən 15 dəqiqə) bişirin.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər