Lazım olan ərzaqlar:
Yumurta - 3 ədəd
Şəkər tozu - 1 stəkan
Qatıq - 1 stəkan
Bitki yağı - yarım stəkan
Qabartma tozu və vanilin - 1 paket
Bir cimdik duz
Un - 2 stəkan
Doğranmış qoz - 1 stəkan
Şərbət üçün:
Su - 3 stəkan
Şəkər tozu - 3 stəkan
Hazırlanması:
Bir qaba yumurtanı və şəkər tozunu töküb ağarana qədər qarışdırın. Üzərinə duru yağı, qatığı, duzu və vanilini əlavə edib qarışdırın. Sonra isə qozu, qabartma tozu və unu tökün. Hazır olan xəmiri qaba töküb sobada 200 dərəcədə bişirin. Kənarda qaba su və şəkər tozunu töküb şərbət hazırlayın (çox qaynatmayın). Keksi sobadan çıxardıqdan 2-3 dəqiqə sonra şərbəti üzərinə tökün. 1-2 saatdan sonra süfrəyə verin.