Qadın budu küftəsi

Qadın budu küftəsi

Tərkibi:
- Yarım kilo ət qiyməsi
- 1 stəkan düyü
- 1 ədəd soğan
- 1 ədəd yumurta
- İstiot, duz, cirə

Qızartmaq üçün:
- Duru yağ
- 2 yumurta
- 1 stəkan un

Hazırlanması:
Düyüləri yumşalana kimi suda saxlayın. Soğanı nazik-nazik doğrayın. Yarım kilo ət qiyməsinin yarısını bu soğanlarla qovurun.
Qovurduğunuz qiyməni, çiy qiyməni və düyünü böyük bir qaba tökün. Üzərinə 1 ədəd yumurta, duz, istiot və cirə əlavə edib yaxşıca yoğurun. Yoğurduğunuz əti bir müddət soyuducuda saxlayın.

Sonra ondan yumurta böyüklüyündə küftələr hazırlayıb əlinizlə azca yastılaşdırın. Dərin kasaya 2 ədəd yumurta və duz töküb yaxşı çalın. Küftələri ilk öncə una, daha sonra kasada çaldığınız yumurtaya batırıb yağda yaxşı qızardın.

Nuş olsun!

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər