Özbək salatı

Özbək salatı

 

Ərzaqlar:

Suda bişmiş mal əti – 200 qr.
Qırmızı turp – 200 qr.
Soğan – 2 ədəd
Qırmızı acı bibər – yarısı
Keşniş
Mayonez – 3 x.q
Duz
Bitki yağı – 1 x.q

Hazırlanması:

Soğan və turpu təmizləyin, soğanı xırda doğrayın, turpu iri gözlü sürgəcdən keçirin. Soğanı isidilmiş tavada yağda 5 dəqiqə qovurun.
Mal ətini uzunsov nazik doğrayın. Duz, istiot vurun. Acı bibərin tumunu çıxarın, nazik, halqavari doğrayın. Qabda mal əti, turp, qızardılmış soğanı birləşdirib qarışdırın, duzlayın. Üzərindən mayonez gəzdirin, bibər halqaları və keşniş yarpaqları ilə bəzəyin.

Bu kateqoriya üzrə digər xəbərlər