Tərkibi: 500 qram təzə ispanaq, 4 xörək qaşığı zeytun yağı, 1 ədəd böyük soğan, 2 xörək qaşığı un, 4 stəkan qaynar toyuq suyu, yarım stəkan krem, 1 çay qaşığı təzə üyüdülmüş istiot, 1 çay qaşığı duz. Hazırlanması: İspanaqları yuyun. Suyunun süzülərək qurumağını gözləyin. Soğanı doğrayıb zeytun yağında qızardın. İspanağı da əlavə edib soğanla birlikdə qovurun. Sonra unu töküb təqribən 3-4 dəqiqə qovurun. Təzə çəkilmiş qara istiot və duz əlavə edin. Daha sonra üzərinə toyuq suyunu tökün. Unun yapışmaması üçün mikserlə qarışdıraraq bişirin. Qatılaşmağa başlayanda odu azaldıb kremi az-az əlavə edin. Həlim olması üçün blenderdən keçirin. Xörəyi kasalara töküb isti-isti yeyin.