Ərzaqlar:
Toyuq filesi – 350 qr.
Kələm – 130 qr.
Yumru düyü – 0,5 st.
Yumurta – 1 ədəd
Yağsız xama – 100 qr.
Pomidor – 300 qr.
Şüyüd - yarım dəstə
Cəfəri – yarım dəstə
Hazırlanması:
Düyünü yuyursuz, qazançaya tökürsüz, üzərinə su alıb bişirirsiz. Toyuq filesi ətmaşınından keçirilir. Kələm yarpaları xırda-xırda doğranılır. Ət, düyü, kələm, yumurta qarışdırılır, duz vurulur, kütlədən əlinizlə qopardıb, kotlet formasına salırsız və bir-bir tavaya düzürsüz.
Sous üçün: Pomidor blenderdə püre halına salınır. Üzərinə xama, xırda doğranmış göyərtilər əlavə edilir, qarışdırılır.
Bu sous da kotletlərin üzərinə gəzdirilir. Tavanın qapağı qoyulur, 30 dəqiqə vam odda bişirilir.
Mənbə: Sufrem.az