Ərzaqlar:
Kərə yağı – 400 qr.
Un – 2 stəkan
Şəkər – yarım stəkan
Qatılaşdırılmış süd ( squşenka ) – 2 banka
Südlü şokolad – 300 qr.
Hazırlanması:
Yağı kubiklərə bölürük. 3 kubiki karamelli kütlə üçün saxlayırıq. Qalan yağa un ələyib, yarım çay qaşığı düz səpib, yaxşıca qarışdırırıq. Yaxşı olar ki, blenderdən keçirəsiz.
Bu kütləni soba üçün formaya töküb, yayıb, hamarlayırıq. 180 dərəcədə 20 dəqiqə bişirilir.
Indi tavada karamel hazırlanacaq. Qalan 3 kubik yağı tavaya qoyub, 2 banka squşenkanı bura əlavə edirik. Odun üzərində qarışdıraraq qatı kütlə alınana kimi təxminən 15 dəq qaynadırıq. Kütlə qatılaşacaq.
Sobadakı hazır olmuş qatı çıxarıb, tam soyuduruq. Üzərinə karameli yayıb hamarlayırıq.
Şokoladı mikrodalğalı sobada əridirik. ərinmiş şokoladı karamelin üzərinə tökürük, hamarlayıb, soyuducud 1-2 saat saxlayırıq.
Soyuducudan çıxarıb, tvix formasında kəsirik və dadından həzz alırıq.
Mənbə: Sufrem.az