Mimoza tortu

Mimoza tortu

Ərzaqlar:

1-ci Biskvit üçün:
Yumurta – 4 ədəd
Şəkər – 1 stəkan
Un – 1 stəkan
Vanil

2-ci biskvit üçün:
Yumurta – 2 ədəd
Şəkər toz – yarım stəkan
Un – yarım stəkan
Vanil

Krem üçün:
Qaymaq (33%-li) – 400 ml.
Qənd kirşanı – 1 stəkan
Konservləşdirilmiş ananas – 1 banka

Hazırlanması: Krem: 400 ml. 33%li qaymaq çalınır və 1 stəkan qənd kirşanı əlavə olunub, asta asta qarışdırılır.
Xəmir hazırlanır. 1-ci biskvit ayrı, 2 ci biskvit ayrı bişirilir. Biskvitlər soyudulur. 1-ci biskvit 2 hissəyə bölünür. Bir hissə lay kimi qoyulub, krem çəkilir. Üstündən konservləşdirilmiş ananas dilimləri düzülür. Ikinci lay qoyulub yenə kremlənir. İkinci biskvit isə nazik lentvari doğranılır. Sonra bu lentlər kub formasında bölünür. Kublar xırda olmalıdır. Tortun üzərinə bu kublar bolluca səpilir. Tort soyuducuda 2 saat saxlanılır.
Süfrəyə verəndə üzərinə qənd kirşanı səpilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər