Pomidorlu gül kələm yeməyi

Pomidorlu gül kələm yeməyi

Ərzaqlar:
Gül kələmi – 500-700 qr.
Pomidor – 3 ədəd
Zeytun yağı – 30 ml.
Sarımsaq – 2 diş
Üyüdülmüş cirə - 1 ç.q.
Sarıkök – 1 ç.q.
Duz-istiot

Hazırlanması:
Əvvəlcə gül kələmi və pomidorları yaxşıca yuyursunuz, çox da xırda olmamaq şərti ilə doğrayırsınız. Onları bir iri qaba əlavə edirsiniz, xırdalanmış sarımsaqları, cirə, sarıkök, duz-istiot, zeytun yağını əlavə edirsiniz və yaxşıca qarışdırırsınız. Alınan kütləni şüşə soba formasına tökürsünüz, üzərinə yenə azca cirə və duz səpirsiniz. Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 20-25 dəqiqə bişirisiniz.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər